"ASAN Xidmət"in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisidə keçirilən BMT-nin Dövlət Xidməti Forumunda iştirak etmək məqsədilə səfərdədir.
BAKU.WS report-a istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıb.
Dövlət agentliyinin sədri sonra forumun açılış mərasimində iştirak edib. "Dövlət institutlarının transformasiyası: innovasiyanın, iştirakçılığın və inklüzivliyin inkişafı" mövzusuna həsr olunan tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua və müxtəlif ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak ediblər.
Ü.Mehdiyev Forum çərçivəsində Şri-Lanka və Banqladeşin müvafiq sahə üzrə fəaliyyət göstərən nazirləri, eləcə də Gürcüstanın ədliyyə naziri ilə ikitərəfli görüşlər keçirib.
Görüşlər zamanı "ASAN Xidmət" modelinin fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə geniş məlumat təqdim olunub. Şri-Lanka və Banqladeş tərəfləri bu modelin öz ölkələrində tətbiqinə maraq göstərdiklərini bildiriblər.
Gürcüstanın ədliyyə naziri ilə keçirilən görüşdə isə forumun yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklər çatdırılıb, həmçinin qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Ü.Mehdiyevin Gürcüstana səfəri davam edir.
Qalereya
Oxşar xəbərlər
"Qızların təhsilinə dəstək" layihəsinin II Məzun Günü keçirilib
İyunun 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə "Qızların təhs...