ARB telekanalının xanım müxbiri koronavirusa yoluxdu - RƏSMİ AÇIQLAMA

ARB telekanalının xanım müxbiri koronavirusa yoluxdu - RƏSMİ AÇIQLAMA
Sosial 1462

ARB telekanalının əməkdaşlarından birində koronavirus aşkarlanıb.

Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, kanalın xanım müxbirinin verdiyi test cavabı müsbət çıxıb.

Nəticəsədə kanalın “Xəbərlər” departamentində test nəticəsi müsbət çıxan xanımla əlaqədə olan digər əməkdaşlar da karantinə alınıblar. Departamentdə dezinfeksiya işləri aparılıb.

Məsələyə münasibət bildirmək üçün ARB kanalının rəhbərliyi ilə əlaqə saxladıq. "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli BAKU.WS-ə açıqlamasında məlumatı təsdiqlədi.

“Əməkdaşımız Hicran Nəsibova telekanala gələrkən hərarəti ölçülüb və hərarətinin yüksək olması səbəbiylə içəri buraxılmayıb. Bundan sonra test götürülüb və nəticə müsbət çıxıb. Hazırda karantindədir və səhhəti yaxşıdır”, - deyə Ozal İbrahimli bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər