Araz çayı üzərində Ordubad-Marazad su elektrik stansiyası tikiləcək

Araz çayı üzərində Ordubad-Marazad su elektrik stansiyası tikiləcək
Sosial 1588

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, Araz çayı üzərində derivasiya tipli Ordubad-Marazad Su Elektrik Stansiyası tikiləcək. 

BAKU.WS xəbər verir ki, dekabrın 29-da Naxçıvanın ali məclisinin sədri Vasif Talıbov və İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi Ordubad-Marazad Su Elektrik Stansiyasının layihəsinə və stansiyanın tikiləcəyi əraziyə baxıblar.

Məlumat verilib ki, gücü 36 meqavat olan su elektrik stansiyasında tikinti işləri aparılarkən 235 metr uzunluğunda bənd və tutumu 1,5 milyon kubmetr olan su anbarı tikiləcək, 12 kilometrlik derivasiya kanalı çəkiləcəkdir. Həmçinin stansiyada tənzimləyici bənd, saniyədə 126 kubmetr su ötürmək gücünə malik olan suqəbuledici qurğu, çökəltmə hovuzu, stansiya binası və transformator yarımstansiyası quraşdırılacaq.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Bakıda dərman fabriki tikiləcək

Bakıda dərman fabriki tikiləcək

"Son 3 ildə İranla Azərbaycan arasında münasibətlər daha da inkişaf edib. Həmçinin, ölkə başçılarının qarşılıqlı səfərləri olub. Bu səfərlər çərçivəsondə 40-dək...

1069 Sosial 13:30 27 dekabr 2016

Son xəbərlər