Bakıda dərman fabriki tikiləcək
"Son 3 ildə İranla Azərbaycan arasında münasibətlər daha da inkişaf edib. Həmçinin, ölkə başçılarının qarşılıqlı səfərləri olub. Bu səfərlər çərçivəsondə 40-dək sənəd imzalanıb".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının bu gün Bakıda keçirilən XI iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Ş.Mustafayev qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin birinci hissəsinin icrası artıq başa çatıb: "Son illər bizim hökumət nümayəndələrinin 100-ə yaxın səfəri olub. Hökumətlərarası Komissiyanın işinin uğurla təşkilinə görə, Komissiyanın İran tərəfindən sədri Vaezi Prezident tərəfindən Dostluq Ordeni ilə təltif edilib".
Nazir deyib ki, yanvarın ilk yarısında Bakıda İran şurkətlərinin də iştirak etdiyi dərman fabrikinin tikintisinin əsası qoyulacaq.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Bakıda çox mühüm saziş imzalandı (FOTO)
"Azərbaycanın tranzit potensialının reallaşdırılması, genişləndirilməsi ölkənin davamlı inkişafının təmin edilməsi üçün çox vacibdir.”. BAKU.WS xəbər verir ki...