AQTA-ya qeydiyyatla bağlı daxil olan müraciətlərin sayı açıqlandı
24
apr
2019
12:11
2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı ümumilikdə 4643 müraciət daxil olub. Bu barədə agentliyin mətbuat katibi Aysel Fərziyeva BAKU.WS-a açıqlamasında bildirib.Qeyd edib ki, müraciətlərdən 147-si “ilkin istehsal”, 553-ü “istehsal (emal)”, 17-si “qablaşdırma”, 27-si “saxlanma”, üçü “daşınma”, 441-i “topdan satış”, 2636-sı “pərakəndə satış” və 819-u “ictimai iaşə” fəaliyyət istiqaməti ilə bağlı olub. Sözügedən müddət ərzində 52 subyektdə qida təhlükəsizliyinə dair texniki-normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edildiyindən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub və sahibkarlıq subyektlərində sağlamlaşdırma tədbirləri həyata keçirilib.Qeydiyyatından imtina edilmiş 32 subyektin fəaliyyətinin sağlamlaşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri texniki və metodoloji dəstək göstərilib və aparılan təkrar yoxlamaların nəticələrinə əsasən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı müvafiq qərar qəbul edilib.Qurum rəsmisinin sözlərinə görə, mayın 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və reyestrə daxil edilməsi onlayn qaydada həyata keçiriləcək.
Oxşar xəbərlər
Qida Təhlükəsizliyi Agentliyindən XƏBƏRDARLIQ
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən nəzarət və yoxlama tədbirləri zamanı idxal...