Qida Təhlükəsizliyi Agentliyinə bir ayda 1325 müraciət daxil olub
04
mar
2019
19:21
Bu ilin fevral ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı mərkəzi”nə 1325 müraciət edilib.Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, edilən müraciətlərdən 347-si sertifikatlaşdırma və qeydiyyat, 286-sı idxal-ixrac əməliyyatları, 101-i istehlakçı hüquqlarının pozulması halları ilə əlaqədar olub.Qida zəhərlənmələri ilə əlaqədar agentliyə 26 müraciət daxil olsa da, onlardan yalnız 11-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.Ay ərzində daxil olan müraciətlərin 116-sı işə qəbulla bağlı, 449-u isə digər xarakterli müraciətlər olub.BAKU.WS
Oxşar xəbərlər
Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın obyekt cərimələnib
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektlərinin qanunsuz fəaliyyətinin qarşısını almaq üçün monitori...