Aqil Abbas: Niyə xəstəxanalarda rüşvət baş alıb gedir? - VİDEO

09
okt
2019
11:31
"Bu zərdab nədir ki, belə yoxdur? Uşaq ölümləri niyə artır? Niyə xəstəxanalarda rüşvət baş alıb gedir?"BAKU.WS xəbər verir ki, bu sözləri deputat Aqil Abbas İTV-də yayımlanan 3D proqramında bildirib. O, verilişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran həmçinin deyib ki, Səhiyyə Nazirliyi artıq siyasi təşkilat olub: "Oxudum ki, Tovuzda bir nəfəri ilan sancıb. Zərdab tapılmadığı üçün onu Gəncəyə, ardınca isə Mingəçevirə, sonda isə Bakıya gətirəndə ölüb. Rayonlarda ən müasir tipli xəstəxanalar tikilib və Avropa xəstəxanalarından geri qalmırlar. Bu szərdab nədir ki, belə yoxdur? Uşaq ölümləri niyə artır? Niyə xəstəxanalarda rüşvət baş alıb gedir?"
Oxşar xəbərlər
Efirdə Hadı Rəcəbliyə gözlənilməz sual: "Sizi niyə söyürlər?" - VİDEO
İctimai Televiziyanın “3D” adlı layihəsində aparıcı Dadaş Dadaş oğlu Dadaşlinskinin qonağı Milli Məclisin Sosial siyasətinə rəhbərlik edən Hadi Rəcəbli olub. BA...