Deputat HİDDƏTLƏNDİ: “3-cü sinif dərsliyində erotika var”

16
okt
2018
14:37
“Azərbaycanda dərsliklərdə çoxlu sayda zərərli informasiyalar var. Bunlar haqqında qəzetlər yazır, ekspertlər deyir, amma heç bir addım atılmır”.Modern.az-ın məlumatına görə, bunu deputat Aqil Abbas Milli Məclisin iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.O bildirib ki, bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: “İkinci sinif şagirdinə “Dağlıq Qarabağın qayıdışına inanırsınızmı” kimi suallar verilir. Uşaq isə “yox” deyib, ata da öz uşağını döyüb. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar”.Deputat 3-cü sinif dərsliyində erotikanın olduğunu da qeyd edib:“Amma buna baxan yoxdur. Bundan başqa, dərsliklərdə ləhcə ilə yazılır. Sonra da deyirlər ki, insanlar niyə rusdilli məktəbə meyllənirlər? Çünki rusdilli məktəblərdə belə hallar yoxdur, orada düz əməlli dərs keçirlər”.BAKU.WS
Oxşar xəbərlər
Oqtay Əsədov: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.“Report” xəbər verir ki, iclasda “Uşaqların zərərli...
