Aptekdən pulsuz dərman almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Aptekdən pulsuz dərman almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR
Sosial 587

"Ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada - 2025-ci ildə ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üzrə icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) bildirilib.

İTSDA-dan həmçinin deyilib ki, "Tibbi sığorta haqqında" Qanuna dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ötən ilin sonu təsdiq olunub:

"Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunduğundan dərman təminatına bu ilin 2-ci yarısında başlanılması nəzərdə tutulub.

Yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq.

Dərmanların qiyməti 2 hissədən ibarət olacaq: Sığorta tərəfindən ödəniləcək məbləğ və vətəndaş tərəfindən ödəniləcək məbləğ".

Orxan Hüseyn

Oxşar xəbərlər

Şadlıq sarayları ilə bağlı mühüm AÇIQLAMA - Sentyabrın 13-dən etibarən...

Şadlıq sarayları ilə bağlı mühüm AÇIQLAMA - Sentyabrın 13-dən etibarən...

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən e...

385 Sosial 23:43 10 sentyabr 2025

Son xəbərlər