Anar Məmmədxanovun vəfatından 15 il ötür

Anar Məmmədxanovun vəfatından 15 il ötür
Sosial 38

Bu gün ictimai xadim, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun sabiq kapitanı Anar Məmmədxanovun anım günüdür. Onun vəfatından 15 il keçir.

BAKU.WS xəbər verir ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olub. Orta təhsilini paytaxtdakı 160 nömrəli məktəbdə alıb. 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub.

1988-ci ildə "Bakılı oğlanlar" komandasını yaradan A.Məmmədxanov qısa müddətdə bu kollektivlə böyük uğurlar qazanıb. O, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti seçilib.

Siyasi fəaliyyəti ilə də tanınan Anar Məmmədxanov ölkə tarixində ən gənc deputatlardan biri olub. O, 1995-ci ildə 19 saylı I Suraxanı seçki dairəsindən, 2000 və 2005-ci illərdə isə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib.

"Bakılı oğlanlar" komandası ilə 1992-ci ildə ŞHK Ali Liqasının qalibi olan A.Məmmədxanov, 1993-cü ildə finalçı, 1995-ci ildə Yay Kubokunun sahibi olub. 2000-ci ildə isə XX əsrin ən yaxşı komandalarının turnirində çempionluq əldə edib.

O, həmçinin Avrasiya Televiziya və Radio Akademiyasının akademiki idi.

Anar Məmmədxanov 2011-ci il aprelin 23-də ürək tutması nəticəsində vəfat edib. Ondan bir oğlu və iki qızı yadigar qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər