Şamaxı əhalisi təşviş içində - VİDEO/FOTO

Şamaxı əhalisi təşviş içində - VİDEO/FOTO
Video
Sosial 2032
Şamaxıda sürüşmə təhlükəli hal almağa başlayıb. BAKU.WS ARB TV-ə istinadən xəbər verir ki, avqust ayı ərzində Bakı-Şamaxı avtomobil yolunda sürüşmənin parametrlərində ciddi artım müşahidə edilib. Hazırda magistralın 106-111-ci km-nin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə sahəsi hökm sürür. Şamaxı Qızmeydan yolunda da sürüşmə sahəsi aktivləşib. Ötən həftə yağıntılardan sonra yolda 5 müxtəlif hissədə sürüşmə baş verib. Asfalt örtüyünün yarı hissəsi torpaq uçqununun qurbanı olduğundan ərazidə avtomobillərin hərəkəti də çətinləşib. Sözügedən yol Şamaxı ilə 4 kəndi birləşdirən yeganə yoldur. Sakinlər iddia edir ki, ərazidə əvvəllər sürüşmə müşahidə olunmayıb. Yalnız 4 il əvvəl asfalt örtüyü çəkildikdən sonra həmin ərazi sürüşməyə başlayıb. Həmçinin Bakı-Ağsu, Quba-Qonaqkənd, Muğanlı-İsmayıllı, Basqal-Sulut, Cəlilabad-Cəngan-Soltankənd, Lənkəran-Lerik, Lerik- Qoşmalyan-Kəlvəz və Pəlikeş avtomobil yollarında da sürüşmə sahələrində aktivlik müşahidə olunur. BAKU.WS

Oxşar xəbərlər

Bakı - Şamaxı yolunda TƏHLÜKƏ: Sürüşmə aktivləşib

Bakı - Şamaxı yolunda TƏHLÜKƏ: Sürüşmə aktivləşib

Bakı – Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliklərindəki sürüşmə sahəsi aktivləşib. BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya Ekologiya və Təbii Sər...

1321 Hadisə 19:54 02 iyun 2017

Son xəbərlər