SOCAR ABŞ universiteti ilə kadr potensialının inkişafını müzakirə edib

SOCAR ABŞ universiteti ilə kadr potensialının inkişafını müzakirə edib
Foto
Sosial 29

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında təhsil proqramlarının həyata keçirilməsi, akademik tədqiqatların aparılması, kadr potensialının inkişaf etdirilməsi müzakirə edilib.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bununla bağlı müzakirələr şirkətin prezidenti Rövşən Nəcəf və Corc Vaşinqton Universitetinin prorektoru Sevinc Məmmədova ilə keçirilən görüşdə aparılıb.

Görüşdə cari il Bakı Enerji Həftəsi çərçivəsində "SOCAR ilə Corc Vaşinqton Universiteti arasında Əməkdaşlıq üzrə Niyyət Məktubu"nun imzalanmasının tərəfdaşlıq əlaqələri üçün yeni imkanlar açdığı məmnunluqla qeyd olunub, sənədin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib.

Söhbət zamanı qonaqlara SOCAR-ın qlobal genişlənmə strategiyası, Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib. SOCAR-ın rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi sahəsində əldə etdiyi nəticələr, o cümlədən Karbamid zavodunun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul olunması məmnunluqla vurğulanıb.

Eləcə də, SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Corc Vaşinqton Universiteti arasında yüksəkixtisaslı peşəkar mütəxəssislərin hazırlanması sahəsində formalaşmış tərəfdaşlıq əlaqələri qeyd olunub və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, Corc Vaşinqton Universitetin nümayəndələri Bakı Ali Neft Məktəbində olduqlarını və burada yaradılan şəraiti yüksək qiymətləndirdiklərini bildiriblər.

Görüşdə tərəflər birgə layihələr, eləcə də qarşılıqlı maraq doğuran digər sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər