Ali Məhkəmədə tələbələr üçün “Açıq qapı” günü keçirilib

Ali Məhkəmədə tələbələr üçün “Açıq qapı” günü keçirilib
Sosial 18

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri növbəti “Açıq qapı” günü münasibətilə Ali Məhkəmədə olublar.

BAKU.WS xəbər verir ki, tələbələr Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi Bəhman Qəribov tələbələrə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb.

Tələbələri maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Tələbələrin təqaüdləri bu məbləğdə artırılıb - Yanvarın 1-dən

Tələbələrin təqaüdləri bu məbləğdə artırılıb - Yanvarın 1-dən

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura sə...

1011 Sosial 10:38 20 dekabr 2021

Son xəbərlər