Ağcabədidə inşa edilən qanunsuz tikili sökülüb

Ağcabədi rayonunda inşa edilən qanunsuz tikili sökülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli bölməsi Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində ötən ay söküntüsü aparılmış qanunsuz tikintinin fiziki şəxs Əliyev Seymur Həsən oğlu tərəfindən yenidən davam etdirilməsi faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Oxşar xəbərlər
Azərbaycan əhalisinin sayı 10 MİLYONU ÖTDÜ
Ölkə əhalisinin sayı ilin əvvəlindən 11338 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il may ayının 1-i vəziyyətinə 10 milyon 236 min 227 nəfərə çatıb. BAKU.WS xəbər...
