Aeroport yolunda yeni piyada keçidi inşa edildi
05
dek
2024
09:56
Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 11-ci km-də yeni piyada keçidi inşa edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Yol səviyyəsindən hündürlüyü 5.90 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağı, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı tikilib, piyada keçidinin ətrafında abadlaşdırılma işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)
Azərbaycan
Mərdəkan
Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolu
Oxşar xəbərlər
Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər
Suraxanı rayonunun Səttar Bəhlulzadə qəsəbəsində yerləşən 18 evin sakinləri təhlükəli şəraitdə yaşadıqlarını bildirirlər. BAKU.WS Baku TV-yə istinadən xəbər ver...