ADY-də növbəti təyinat olub

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub.
BAKU.WS Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib.
F. Hüseynov 1988-ci ildə anadan olub. 2009-cu ildə Xəzər Universitetində "Maliyyə və kredit ixtisası" üzrə bakalavr, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes təşkili və idarə edilməsi ixtisası" üzrə magistr təhsili alıb.
2009–2017-ci illərdə "Azərpoçt" MMC-də müxtəlif aparıcı və rəhbər vəzifələrdə çalışıb. Karyerasının növbəti mərhələsində 2017–2021-ci illərdə yerli logistika şirkətində mühasibatlıq və yük daşımaları üzrə məsul şəxs kimi fəaliyyət göstərib.
2021–2022-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin təchizat və təsərrüfat işləri üzrə baş mütəxəssisi və şöbə müdiri vəzifələrini tutub.
ADY-də karyerasına 2022-ci ildə başlamış Fərid Hüseynov yeni təyinata qədər Təsərrüfat departamentinin müdiri vəzifəsini tutub.
Qeyd edək ki, Təchizat departamentinin müdiri Emil Pənahov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb. O, ADY-də 2023-cü ildə fəaliyyətə başlayıb, şirkətin inkişafına mühüm töhfələr verib.

Oxşar xəbərlər
Bakının yağışlı yollarında tıxac müşahidə edilir
Bakının bir çox yollarında tıxac müşahidə edilir. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda...