ABŞ şirkətləri ilk dəfə Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək
ABŞ-nin "SIG SAUER" və "Lockheed Martin" kimi nüfuzlu şirkətləri ADEX 2026-da debüt edəcək.
Bu barədə BAKU.WS-ə ADEX 2026 təşkilat komitəsindən məlumat verilib.
Bildirilib ki, dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkətin ADEX 2026-da iştirakını təsdiqləməsi sərgiyə olan beynəlxalq marağı aydın şəkildə ortaya qoyur.
Bu il ABŞ-nin ADEX 2026-da fəal iştirakı xüsusi diqqət çəkir. Belə ki, ABŞ-nin "SIG SAUER" və "Lockheed Martin" kimi nüfuzlu şirkətləri ADEX-də debüt edəcək. Böyük Britaniya və Almaniya ilk dəfə olaraq ADEX 2026-nın iştirakçı ölkələri sırasına qoşulacaq.
Almaniyanı sərgidə nüfuzlu "Rheinmetall" şirkəti təmsil edəcək. Bütün bunlar ADEX-in beynəlxalq iştirak coğrafiyasının və nüfuzlu tərəfdaşlar dairəsinin genişlənməsinin bariz göstəricisidir". Türkiyədən ADEX 2026-nın Baş sponsoru qismində çıxış edən "ROKETSAN", həmçinin "ASELSAN Elektronik San. ve Tic. A.Ş.", "BAYKAR", "Turkish Aerospace Industries" (TAI) və "HAVELSAN Elektronik San. ve Tic. A.Ş.", İtaliyadan "Leonardo", Çexiyadan "Excalibur Army SPOL S.R.O", Birləşmiş Ərəb Əmirliklərindən "EDGE Group" və İspaniyadan "INDRA" ADEX-in ənənəvi beynəlxalq iştirakçıları arasında yer alır.
Fərdi şirkətlərlə yanaşı, bir sıra ölkələr ADEX 2026-da milli qruplar şəklində iştirak edəcəklər.
Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya əvvəlki illərdə olduğu kimi, bu il də milli ekspozisiyalarla təmsil olunaraq müdafiə sənayesi sahəsində məhsul və texnoloji həllərini nümayiş etdirəcəklər.
Oxşar xəbərlər
Qazaxıstan AK ilə Transxəzər enerji dəhlizinin PMI siyahısına daxil edilməsini müzakirə edir
Qazaxıstan Avropa Komissiyası (AK) ilə Transxəzər "yaşıl" enerji dəhlizi layihəsinin qarşılıqlı maraq doğuran layihələr (PMI) siyahısına daxil edilməsi məsələsi...