Şabrandakı dəvə fermaları hansı məmurundur?
07
iyl
2018
16:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İES-də baş vermiş qəzadan sonra "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin personası gündəmi zəbt edib. "Azərenerji” sədrinin adı ətrafında açılan müzakirələrdə onun rəsmi işi, əlaqələri, qeyri-qanuni biznesi, əmlakı təftiş olunur, müxtəlif iddialar səsləndirilir.Məsələn, sosial şəbəkələrdə qeyd olunur ki, Etibar Pirverdiyev Şabran rayonu ərazisində dəvə fermaları yaradıb...Maraqlı iddiadır... Modern.az-ın əməkdaşı Şabranda dəvə fermalarının yaradıldığını dəqiqləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyilə əlaqə saxlayıb.Nazirliyin Heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin sektor müdiri Şaiq Əzimov deyib ki, 2018-ci il 1 yanvar tarixinə qədər olan statistik məlumatlara görə, ölkə ərazisində 222 baş dəvə var:"Bu dəvələrdən 81-i Abşeronda, 50-si Sabirabadda, 13-ü Hacıqabulda, 67-si Cəlilabadda, 24-ü Naxçıvanda və 7-si isə Kürdəmirdədir. Yalnız Abşerondakı dəvəçilik ferması dövlətə məxsusdur, digərləri isə sahibkarlarındı”. Nazirlik rəsmisi Şabranda hər hansı dəvəçilik təsərrüfatının yaradıldığı barədə məlumata malik olmadığın söyləyib...BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda elektrik enerjisi təminatı tam bərpa olunub
“Azərenerji” ASC bütün ölkə ərazisində elektrik enerjisinin tam təmin olunması üçün bütün operativ tədbirləri həyata keçirib.BAKU.WS xəbər verir ki, bu barədə “...