Dövlət rəsmiləri Mingəçevirdə
03
iyl
2018
12:15
Baş nazirin birinci müavini Yaqub Eyyubov və “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevirə səfər ediblər.APA-nın yerli bürosunun məlumatına görə, onlar yanğın baş vermiş Mingəçevir İES-ə baş çəkiblər. Y. Eyyubov qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.Qeyd edək ki, Mingəçevir İES-in 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub və 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb. Soyutma işləri aparılıb və vəziyyət tamamilə nəzarət altındadır. Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.BAKU.WS
Oxşar xəbərlər
Ölkəni qaranlığa qərq edən Mingəçevir elektrik yarımstansiyasındakı partlayışın görüntüsü -VİDEO
Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayış...