Kəmaləddin Heydərov: Heç bir panikaya əsas yoxdur
03
iyl
2018
09:42
"Bu gün Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb".BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.K.Heydərov bildirib ki, artıq qəza baş vermiş blokda bərpa işləri aparılır."Artıq ölkənin şimal və bəzi qərb rayonlarına elektrik enerjisinin verilməsi bərpa olunub. Digər ərazilərə də elektrik enerjisinin verilməsi üçün iş aparılır"-deyə, nazir qeyd edib.K.Heydərov bildirib ki, ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək: "Heç bir panikaya, narahatlığa əsas yoxdur".BAKU.WS
Oxşar xəbərlər
İşıqsız və susuz gecənin səbəbi məlum oldu (RƏSMİ)
Bir necə gündür ki, havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında aç...