Abel Məhərrəmovun general qardaşının səlahiyyəti azaldıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyinin İnsan resursları Baş İdarəsinin səlahiyyəti azaldılıb.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin iyunun 4-dı imzaladığı "Ədliyyə orqanlarının inkişafı haqqında” fərmana dəyişiklik etməsi ilə təsdiqlənən müvafiq Fərmanda yer alıb.
Müaviq fərmanla sözügedən idarənin Baş İdarə statusu ləğv edilib. Sözügedən qurum Ədliyyə Nazirliyinin İnsan resursları İdarəsi olaraq fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Kadrlar Baş İdarəsi ləğv edilərək yerində İnsan resursları Baş İdarəsi yaradılıb. Sözügedən idarənin rəisi vəzifəsinə ədliyyə generalı Məhərrəmov Rauf Məmmədəli oğlu təyin olunub. General Rauf Məhərrəmov BDU-nin sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.
Əldə etdiyimiz məlumata görə, general Rauf Məhərrəmov yaxın günlərdə təqaüdə göndəriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...