Azərbaycanda baş həkim koronavirusa yoluxdu

25
sen
2020
12:13
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi koronavirusa yoluxub.
BAKU.WS-in "report"a istinadla verdiyi məlumata görə, xəstəxananın baş həkimi Xoşbəxt Ağayevanın koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi test analizinin nəticəsi müsbət çıxıb. X.Ağayeva xüsusi rejimli koronavirus xəstələri üçün ayrılmış Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun müalicələri davam etdirilir.
Qeyd edək ki, X.Ağayeva ötən ilin noyabr ayında Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
