11 ailə yeni mənzillərə köçürülüb

11 ailə yeni mənzillərə köçürülüb
Sosial 398

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sentyabrın 14-də axşam radələrində Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında qəza vəziyyətinin yaranması haqqında məlumat daxil olub.

Komitədən BAKU.WS-ə verilən məlumata görə, məcburi köçkünlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.

Aidiyyəti dövlət qurumlarının nümayəndələri əraziyə baxış keçirib. 98 ailənin müvəqqəti məskunlaşdığı sanatoriyanın qəzalı vəziyyətdə olması nəzərə alınaraq, onlara binanı tərk etmək tövsiyə olunub.

Dövlət Komitəsinin balansında olan boş mənzil fonduna uyğun olaraq, “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında yaşayan 11 ailə yeni mənzillə təmin olunub. Digər ailələrə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Ümid” qəsəbəsində tikintisi başa çatmış 180 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yaşayış məhəlləsinə köçmək təklif olunub.

Oxşar xəbərlər

İlham Əliyevdən Bakı Bulvarının dəyişdirilməsilə bağlı YENİ QƏRAR

İlham Əliyevdən Bakı Bulvarının dəyişdirilməsilə bağlı YENİ QƏRAR

Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyası və müvafiq yenidənqurma (rekonstruksiya) proqramı hazırl...

13012 Sosial 09:06 01 avqust 2018

Son xəbərlər