SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Air Astana" və "Taymır" aviaşirkətləri martın 28-nə planlaşdırılmış Almata və Krasnoyarskdan Bakıya reysləri ləğv ediblər.
 
BAKU.WS-in məlumatına görə, bunu Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından deyiblər.

Reyslərin ləğv edlməsi səbəbləri barədə məlumat verilmir.

KC 112 Almata-Bakı reysi paytaxtımıza saat 12:50-də, Y7 708 Krasnoyarsk-Bakı reysi isə saat 22:35-də (Bakı vaxtı ilə) gəlməli idi. Bundan başqa, bu aviaşirkətlərin martın 28-nə planlaşdırılmış əks istiqamətdə olan reysləri də ləğv edilib.
 
BAKU.WS