Bakıya bəzi təyyarə reysləri ləğv edildi
28
mar
2016
13:50
"Air Astana" və "Taymır" aviaşirkətləri martın 28-nə planlaşdırılmış Almata və Krasnoyarskdan Bakıya reysləri ləğv ediblər.
BAKU.WS-in məlumatına görə, bunu Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından deyiblər.
Reyslərin ləğv edlməsi səbəbləri barədə məlumat verilmir.
KC 112 Almata-Bakı reysi paytaxtımıza saat 12:50-də, Y7 708 Krasnoyarsk-Bakı reysi isə saat 22:35-də (Bakı vaxtı ilə) gəlməli idi. Bundan başqa, bu aviaşirkətlərin martın 28-nə planlaşdırılmış əks istiqamətdə olan reysləri də ləğv edilib.
BAKU.WS
Oxşar xəbərlər
Yay vaxtına keçidin ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirildi
"Akademiya Azərbaycanda yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsi təklifini Prezident Administrasiyası, Nazirlər Kabinetinə göndərib”. BAKU.WS-in...