9 mərtəbəli binada liftlər dayandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonunun Sarayevo küçəsi, 32 ünvanında yerləşən 9 mərtəbəli binada liftin işləməməsi sakinlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, binada aparılan təmir işləri ilə əlaqədar liftlərin fəaliyyəti dayandırılıb.
Baku TV-nin məlumatına görə, hazırda sakinlər mənzillərinə gedib-gəlmək üçün pilləkənlərdən istifadə etməli olurlar.
Bu vəziyyət xüsusilə yuxarı mərtəbələrdə yaşayan yaşlı insanlar, uşaqlı ailələr və hərəkət imkanları məhdud şəxslər üçün ciddi çətinlik yaradır.
Sakinlər həmçinin liftlərin istismar müddətinin başa çatdığını və onların yenilənməsinə ehtiyac olduğunu iddia edirlər. Onlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin həlli istiqamətində nəticə əldə olunmayıb.
Oxşar xəbərlər
Gitaraçı Rəmişin doğum günüdür
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) doğum günüdür. BAKU.WS xatırladır ki, Rafiq Hüseynov 1944-cü ildə 14 noyabrda...