VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Pensiyaların maliyyələşməsində heç bir problem yoxdur".
 
BAKU.WS-in ANS PRESS-ə istinadla verdiyi məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, pensiyalar vaxtından öncə hesablanır, pensiya təminatı icra edilir və heç bir gecikmə olmur. 

"Prezidentin artımla bağlı verdiyi sərəncamlar yerinə yetirilir. Devalvasiya sosial xərclərlə bağlı heç br problem yaratmayıb". 
 
Prezident İlham Əliyev yanvar ayında Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən ediləcək.

Bundan başqa,  Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etmək tapşırılıb.
 
BAKU.WS