Pensiyalar yenə artacaq (RƏSMİ)

Pensiyalar yenə artacaq (RƏSMİ)
Sosial 2255

 

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev pensiyaların artımı ilə bağlı açıqlama verib.

BAKU.WS ANS TV-yə istinadən məlumat verir ki, DSMF sədri açıqlamasında bildirib ki, pensiyalar bir qədər də artacaq və uşağa qulluğa görə verilən müavinətlərin də artırılması istiqamətində işlər gedir: 

"Pensiyaların baza hissəsinin fevralın birindən artırılması ilə bağlı cənab prezidentin verdiyi sərəncamın icrasından irəli gələn vəzifələr Dövlət Sosial Müdafiə Fondu tərəfindən artıq yekunlaşmaq üzrədir. Fevral ayınını pensiyaları ödənilərkən vətəndaşlarımız bunu artımla birgə alacaqlar. 

Buna paralel olaraq, pensiyaların sığorta hissəsinin indeksləşdirilməsilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq müvafiq təkliflər hazırlanmaqdadır. Yəqin ki, yaxın dövrdə qəbul ediləcək qərarların icrası da avtomatlaşdırılmış rejimdə tərəfimizdən yerinə yetirilləcək. Eyni zamanda buna paralel olaraq uşağa qulluğa görə verilən müavinətlərin də artırılması üçün müəyyən təkliflər hazırlayırıq. Bu da əhəmiyyətli bir artımı ifadə edəcək”.

BAKU.WS

Oxşar xəbərlər

Pensiyaçılara artımla bağlı şad xəbər

Pensiyaçılara artımla bağlı şad xəbər

Pensiyalar fevral ayından artırılmış məbləğlə ödəniləcək. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS-ə verilən məlumata görə, DS...

1923 Sosial 11:17 19 yanvar 2016

Son xəbərlər