Gürcüstanda soydaşlarımız etiraz aksiyası keçirib - FOTO

Gürcüstanda soydaşlarımız etiraz aksiyası keçirib - FOTO
Foto
Sosial 915

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun icra hakimiyyətinin binası qarşısında Algeti Vinsovxoz kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, aksiyaçılar kənddə içməli və suvarma suyunun olmamasına etirazlarını bildiriblər.

Etirazçıların sözlərinə görə, Algeti Vinsovxoz kəndi illərdir içməli və suvarma su ilə təchiz olunmur. Kənd sakinləri içməli suyu evlərə qonşu kəndlərdən gətirdiklərini və ya satın aldıqlarını bildiriblər.

Marneuli rayonunun icra başçısı Zaur Darğallı etirazçıları qəbul edib və kəndə su xəttinin çəkilməsi üçün vəsaitin ayrıldığını deyib.

O bildirib ki, yeni xəttin inşası ilə bağlı tender elan olunacaq və layihənin iyun ayına qədər həyata keçiriləcəyi planlaşdırılıb.

Rayon rəhbəri ilə görüşdən sonra etiraz aksiyası başa çatdırılıb.

Oxşar xəbərlər

Xarabalığı xatırladan Zığ yolları - VİDEO

Xarabalığı xatırladan Zığ yolları - VİDEO

Bakının Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri uzun müddətdir sosial problemlərdən əziyyət çəkirlər. Bu barədə qəsəbə sakinləri BAKU.WS-in “qaynar xətti”nə...

418 Video 17:03 18 dekabr 2019

Son xəbərlər