Gürcüstanda Novruz təbriki azərbaycanlıları qıcıqlandırdı (FOTO)

18
mar
2019
16:44
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun mərkəzində reklam lövhələrinin birində Novruz bayramı ilə əlaqədar yerləşdirilmiş təbrik yerli sakinlərin narazılığına səbəb olub.“Report”un Gürcüstan bürosu xəbər verir ki, narazılığa səbəb löhvənin bir üzündə Azərbaycan dilində olan “Novruz Bayramınız Mübarək” sözlərində “ı” hərflərinin “i” kimi (Bayraminiz) səhv yazılması olub.Bayramla bağlı təbriki reklam löhvəsinə Marneuli Rayon İcra Hakimiyyəti yerləşdirib. Təbrikdəki səhvin əks olunduğu fotoşəkil Marneulinin “Facebook” sosial şəbəkəsi istifadəçiləri arasında fəal müzakirə mövzusu olub. Onların bildirdiyinə görə, rayon rəhbərliyi hər il Novruz bayramı ərəfəsində reklam löhvələrinin birində təbrik yerləşdirir və hər dəfə də Azərbaycan dilində yazılan sözlərdə mütləq hər hansı bir səhvə yol verilir.Marneuli ictimaiyyətinin narazılıq və tənqidindən sonra reklam löhvəsindəki “i” hərflərinin nöqtələri yaşıl rənglə boyanıb və səhv aradan qaldırılıb.BAKU.WS

Oxşar xəbərlər
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayona əlavə polis qüvvələri cəlb olunub
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna əlavə polis qüvvələri cəlb olunub.“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, rayona canlı...
