Marneuliyə xüsusi təyinatlılar yeridildi – FOTO
21
okt
2017
17:16
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna xüsusi təyinatlı polis dəstəsi gətirilib.BAKU.WS xəbər verir ki, yerli sakinlərin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata əsasən, xüsusi təyinatlıların olduğu iki avtobus artıq rayonun mərkəzindədir.Əlavə polis dəstələrinin Marneulidə yerləşdirilməsində məqsəd seçki prosesi ilə bağlı yarana biləcək gərginliyin qarşısını almaqdır.Qeyd edək ki, bu gün Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilir. Seçicilər 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər.BAKU.WS
Oxşar xəbərlər
Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib. BAKU.WS APA-ya istinadən xəbər...