Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib

02
okt
2017
19:02
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb. Saxlanılan şəxsin 5-6 ay bundan öncə həbsxanadan çıxdığı bildirilir. Qeyd edək ki, Poniçalada son aylarda keçirilmiş xüsusi əməliyyatlar nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində ittiham olunan 10-dan çox şəxs saxlanılıb. BAKU.WS

Oxşar xəbərlər
Gürcüstanda azərbaycanlılar xüsusi əməliyyatla həbs edildi
Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində iki qardaş həbs olunub. BAKU.WS APA-ya istinadən...