Azərbaycan-Rusiya sərhədində əməliyyatı keçirilir: bütün avtomobillər yoxlanılır

Azərbaycan-Rusiya sərhədində əməliyyatı keçirilir: bütün avtomobillər yoxlanılır
Hadisə 806

 

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında "Sərhəd-sipər” əməliyyatına başlanılıb. Əməliyyatlar Azərbaycanın şimal bölgəsini əhatə edir.

APA-nın yerli bürosunun məlumatına görə, "Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlara Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da qatılıb.

Yerli sakinlərin verdiyi məlumata görə, aparılan əməliyyatlara bağlı Xaçmaz və Qusar rayonlarında xüsusi polis postları qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır.

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.

Əməliyyatın noyabrın 27-dək kimi davam edəcəyi bildirilir.

BAKU.WS

Oxşar xəbərlər

Polis Nardaranda xüsusi əməliyat keçirdi: İki nəfər həbs olundu - FOTO

Polis Nardaranda xüsusi əməliyat keçirdi: İki nəfər həbs olundu - FOTO

Vətəndaşlarımızın hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuları...

1404 Hadisə 13:30 08 oktyabr 2016

Son xəbərlər