Xarabalığı xatırladan Zığ yolları - VİDEO

Xarabalığı xatırladan Zığ yolları - VİDEO
Foto Video
Video 418

Bakının Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri uzun müddətdir sosial problemlərdən əziyyət çəkirlər.

Bu barədə qəsəbə sakinləri BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.

Qeyd edilir ki, qəsəbənin yolları bərbad vəziyyətindədir. Evlərə verilən içməli suyun verilməsində də problemlər mövcuddur. Bir çox evlərə sayğac qoyulmur.

Eyni zamanda, Zığ qəsəbəsində kanalizasiya problemlərinin də mövcud olduğu qeyd edilir.

Məsələ ilə əlaqədar Zığ qəsəbəsi İcra Nümayəndəliyilə əlaqə saxladıq. İcra nümayəndəsi Qulam Səfərzadə BAKU.WS-ə bildirib ki, hazırda qəsəbə ərazisində təmir-bərpa işləri aparılır.

“Cənab prezidentin tapşırığına uyğun olaraq Zığ qəsəbəsində də abadlıq işlərinə başlanılıb. Evlərin çoxuna içməli suyun verilməsi istiqamətində böyük işlər görülüb.

Su xətləri yenilənib. Kanalizasiya xətlərinin də yenilənməsi işləri aparılır.

Yeni Suraxanı və Qaraçuxura asfalt çəkirlər. Bundan sonra Zığ qəsəbəsinə də yollarda yenidənqurma işləri aparılacaq”, - deyə Qulam Səfərzadə bildirib.

Oxşar xəbərlər

Bu qəsəbədə su olmayacaq

Bu qəsəbədə su olmayacaq

Bakının bu qəsəbəsində su olmayacaq. “Azərsu” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, magistral kəmərlərdə aparılan təmir işləri ilə əlaqədar 19 noyabr 2019-cu...

416 Sosial 12:14 19 noyabr 2019

Son xəbərlər