“8-ci km” bazarının satıcıları etiraz aksiyası keçirdi

“8-ci km” bazarının satıcıları etiraz aksiyası keçirdi
Sosial 1315

Bu gün səhər saatlarında Bakının məşhur bazarlarından olan "8-ci km bazarı”nda insident yaşanıb. BAKU.WS-in məlumatına görə, "8-ci km bazarı”nda işləyən satıcılarla müdiriyyət arasında problem yaranıb. Bazarın satıcıları onlara qoyulan yerpulunun qaldırılmasından narazılıqlarını bildiriblər. Narazılıq nəticəsində bir qrup satıcı etirazlarını bildirmək üçün Nizami rayon icra Hakimiyyətinin qarşısına toplaşıb. Aksiya iştirakçıları problemlərilə əlaqədar İcra hakimiyyətinin işçilərilə görüşüblər. İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Cavid Qafarovun BAKU.WS-ə verdiyi məlumata görə, icra nümayəndələri aksiya işçilərilə birgə məsələni araşdırır. "Hazırda bazarın böyük sahibkarları ilə kiçik sahibkarları arasında yaranan narazılığı aradan qaldırmağa çalışırıq”, - deyə Cavid Qafarov bildirib. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Gəncədə nə baş verir? (VİDEO)

Gəncədə nə baş verir? (VİDEO)

Bu gün Gəncədə dindarlarla polis əməkdaşları arasında insident baş verib. BAKU.WS-in məlumatına görə, bu barədə Facebook və digər sosial şəbəkələrdə videogörün...

2461 Hadisə 17:46 23 oktyabr 2015

Son xəbərlər