Səbail rayonu Aydın Məmmədov küçəsində yerləşən məcburi köçkünlərin yerləşdiyi yaşayış məskənində vəziyyət acınacaqlıdır.

BAKU.WS xəbər verir ki, 22 məcburi köçkün ailəsi 26 ildir 6 mərtəbəli binanın birinci mərtəbəsi və zirzəmisində əziyyətlə yaşayırlar.

Mövcud vəziyyətlə bağlı sakinlərin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə etdikləri müraciətə baxmayaraq dəyişən olmayıb.

"Qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə bağlı məlumatımız var. Sözügedən sakinlərin növbəti mərhələdə, çox gümanki aprel ayında köçürələcəyi gözlənilir",-deyə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib.

BAKU.WS
VİDEO