Sumqayıtda daha 120 məcburi köçkün ailəsi yeni mənzilə köçəcək
26
fev
2019
19:34
Fevralın 27-də Sumqayıtda bir qrup məcburi köçkün ailəsinin yeni mənzillə təmin olunması ilə bağlı püşkatma mərasimi keçiriləcək.Bu barədə BAKU.WS-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.Məlumatda bildirilir ki, püşkatma mərasimində 120 məcburi köçkün ailəsi iştirak edəcək. Püşkatmada iştirak edən ailələrə mənzillər Sumqayıt şəhərində inşa edilən yeni kompleksdən veriləcək.Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinləri iştirak edəcək.BAKU.WS
Oxşar xəbərlər
Sumqayıtda yaşayan məcburi köçkünlərə ŞAD XƏBƏR - Köçürülürlər (FOTO)
Sumqayıt şəhərində qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrin Abşeron rayonu ərazisində yeni istifadəyə verilmiş müasir tipli yaşayış kompleksində...