700 bal toplayan şəhidin yaşadığı uçuq-sökük daxma (FOTO)
Tər-tər istiqamətində gedən döyüşlərdə şəhid olan, evin tək oğlu, qəbul imtahanlarında 700 bal toplayan, Azərbaycan Texniki Universitetinin məzunu olmuş, Zəngilan rayonundan məcburi köçkün olan Müşfiq Orucovun ailəsinin sosial durumu çox bərbad vəziyyətdədir.
BAKU.WS məlumat verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda qeyd olunur ki, ailə H.Z.Tağıyev adına Toxuculuq Fabrikinin yataqxanasında daxma boyda bir otaqda yaşayır. Müşfiq Orucovun valideynləri müəllimdirlər. Neçə ildir müəllim maaşı ilə dolanan ailəyə pul yardımı etmək istəyiblər, lakin onlar qəbul etməyib. Ailənin məskunlaşdığı yataqxananın fotoları da yayılıb. Fotolardan aydın görünür ki, onların sosial vəziyyəti olduqca aşağıdır.
Bir qrup şəxs ailənin evlə təmin olunmasını istəyir. Onlar bildiriblər ki, ailə həm məcburi köçkündür, həm də şəhid ailəsidir. Ona görə onların mənzillə təmin olunması üçün aiddiyyatı şəxslər hərəkətə keçməlidirlər.
BAKU.WS
Oxşar xəbərlər
Qarabağda şəhid olan əsgərlərimiz dəfn olunur (FOTO)
Qusar və Xaçmaz da şəhidlər dəfn edildi. ANS PRESS-in məlumatına görə, Qusarın Cağarqışlaq kəndindən olan, 20 yaşlı Əmiraslan Xəlil oğlu Xeyirbəyov öz kəndində...