VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
39 yaşlı Səadət Məmməd qızı Məmmədova süd vəzisi xərçəngindən əziyyət çəkir.
 
BAKU.WS məlumat verir ki, 3 ilə yaxındır ki, o, bu xəstəliyə qarşı mübarizə aparır. Xəstəlik inkişaf etdiyindən işdən çıxmalı olub. S. Məmmədova ailə qurmayıb, qardaş və bacısının himayəsindədir. Daha əvvəllər Türkiyədə müalicə alan Səadətin sümüklərini bərkitmək üçün həkim şüa müalicəsi də yazıb. Əks halda, sümüklər sınacaq və yataqdan qalxa bilməyəcək. Səadətin dərmanlarına aylıq 400-500 (kimya terapiya daxil) manat pul xərclənir. Şüa qəbul etməsi üçün əlavə 1000 manat da lazımdır. Xəstəliyin verdiyi ağrılardan uzun müddət qida qəbul etmədiyindən qida borusunda da problem yaranıb.
 
Ailənin isə bu qədər pulu ödəməyə maddi gücü çatmır. Bu səbəbdən də ailəsi Səadətin adına bank hesabı açıb. Yardım etmək istəyənlər onun hesabına pul köçürə bilər.
 
Müştərinin adı:
MƏMMƏDOVA SƏADƏT MƏMMƏD QIZI
Müştərinin hesab nömrəsi:
AZ40UBAZ14033911941010AZN002
 
UNIBANK CB
SWIFT adresi: UBAZAZ22
(Baku, AZ, Azerirbaijan)
Kod: 502166
VÖİN: 1300017201
Benefisiar Bankın hesab nömrəsi: AZ46NABZ01350100000000015944
 
BAKU.WS