VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Dövlət Sosial Müdafiə Fondu pensiyaların artırılması ilə bağlı təkliflərin hazırlanmasında yaxından iştirak edir".

Bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS-ə verilən məlumatda bildirilir.  

Fondun məlumatında qeyd edilir ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının pensiyaların artırılmasına dair tapşırığına uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondu bu sahədə təkliflərin hazırlanmasında yaxından iştirak edir.
 
Qarşıya qoyulmuş vəzifələrlə bağlı Fond tərəfindən hazırlanacaq yeni təkliflər ictimaiyyətə təqdim olunacaqdır.
 
Şahin Həbibov
BAKU.WS