SİZİN REKLAM BURADA!
055 213 76 73



İqtisadiyyat Nazirliyi "Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlar üçün 5 ay icarə haqqı ödəməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, həmin yerlər aşağıdakılardır:

Dərnəgül şossesində yerləşən "Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza.

Təbriz küçəsində yerləşən "Eurohome Express” də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza.

"Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar.

AF-COM Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər).

S.Vurgun küçəsində yerləşn "AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza.

BAKU.WS