Tanınmış məhsul antisanitar şəraitdə hazırlanır? - Qurumdan RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.
Belə ki, kadrlarda məşhur "MacCoffee" markalı qəhvənin antisanitar şəraitdə hazırlandığı iddia edilir. Videonun hansı ölkədə çəkildiyi məlum olmasa da, sözügedən məhsulun Azərbaycanda da satışda olması istehlakçılar arasında narahatlıq yaradıb.
Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
"Yalnız qəhvənin deyil, ümumiyyətlə, istehsal şəraiti məlum olmayan heç bir məhsulun istehlakı nə məsləhətlidir, nə də faydalıdır. Belə məhsullar insan sağlamlığına ciddi təsir göstərə bilər", - sakinlərdən biri bildirib.
"Bildiyimə görə, qəhvənin özü də insan sağlamlığına müəyyən qədər zərər verə bilər. Əgər istehsal şəraiti də antisanitardırsa, zərəri daha çox olar. Amma videonun süni intellekt vasitəsilə hazırlanması da mümkündür. Buna görə də məlumatı dəqiqləşdirmək lazımdır", - başqa bir sakin qeyd edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər bir neçə il əvvəl xarici ölkələrdən birində lentə alınıb. Hazırda isə video yenidən paylaşılaraq gündəmə gətirilib.
Oxşar xəbərlər
Ev alan vətəndaşlar çıxılmaz vəziyyətdə: "Üç ildir buradayıq, indi gəlib çıxarırlar"
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin İlqar Musayev küçəsində yerləşən yeni tikili binadan mənzil alan bir qrup sakin çətin vəziyyətlə üzləşib. Köçdükd...