Bakıda istirahət məkanlarına bilet satacağını deyərək dələduzluq edən şəxs saxlanılıb
20
iyl
2026
11:56
Bakı şəhərində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı Elvin Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
BAKU.WS nazirliyə istinadən xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, o, vətəndaşlara bazar qiymətindən ucuz avtomobil və ehtiyat hissələri, eləcə də müxtəlif istirahət məkanlarına bilet satacağını vəd edərək onların etibarını qazanıb.
Bu yolla E.Məhərrəmov 18 nəfərə qarşı dələduzluq edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Qara dənizdə PUA hücumuna məruz qalan gəminin heyətində 8 azərbaycanlı olub
Bolqarıstanda Qara dənizdə PUA hücumuna məruz qalan gəmilərdən biri batıb, heyətdə 8 azərbaycanlı olub BAKU.WS xəbər verir bu barədə Bolqarıstan mətbuatı məluma...