Aşıq Zülfiyyə: "Bütün ailələrə gəlinim kimi gəlin qismət olsun"
"Yeni ailə quran cütlüklərin ayrı yaşaması daha məqsədəuyğundur. Belə olduqda onlar həyatın qədrini daha yaxşı anlayar və çətinliklərə daha tez alışarlar. Valideynlərlə bir evdə yaşayanda istər-istəməz dəstək olurlar, amma müstəqil olmaq hər zaman daha yaxşıdır".
BAKU.WS xəbər verir ki, bu sözləri "Qonaqcanlı" verilişinə qonaq olan aşıq Zülfiyyə deyib.
O bildirib ki, hər bir gəlin köçdüyü evə onun qayda-qanunlarına uyğunlaşmalıdır.
Sonda isə aşıq Zülfiyyə "Arzu edirəm ki, bütün ailələrə gəlinim kimi gəlin qismət olsun. Mən gəlinimdən çox razıyam" -deyə gəlini Xuramanı tərifləyib.
Xatırladaq ki, aşıq Zülfiyyənin müğənni oğlu Babək Xurman adlı xanımla 2014-cü ildə ailə qurub. Onların iki övladı var.
Ətraflı videoda:
Oxşar xəbərlər
"Survivor 2027"nin FANTASTİK UDUŞ MƏBLƏĞİ AÇIQLANDI
Türkiyənin reytinqli layihələrdən olan "Survivor 2027"nin formatı və uduş məbləği açıqlanıb. BAKU.WS xəbər verir ki, iki dəfə "Survivor" çempionluğu qazanan Tu...