NATO nümayəndələri Heydər Əliyev Mərkəzi və Zəfər Muzeyini ziyarət ediblər
13
okt
2026
10:24
Azərbaycan ilə NATO arasında "Sülh Naminə Tərəfdaşlıq Proqramı" çərçivəsində "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü" təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir planına uyğun olaraq, istirahət günlərində qonaqlar Bakı şəhərinin tarixi-mədəni məkanları və muzeyləri ilə tanış olublar.
Heydər Əliyev Mərkəzini və Zəfər Muzeyini ziyarət edən nümayəndə heyətləri zəngin təəssüratlarla ayrılıblar.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. BA...