Peruda güclü zəlzələ: Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Perunun Sikaya şəhərində baş verən 5,5 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər ölüb, 32 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) və Peru Milli Mülki Müdafiə İnstitutu məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Sikaya şəhərinin təxminən 2 kilometr cənub-qərbində yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.
Rəsmi açıqlamaya əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 6-ya, yaralananların sayı isə 32-yə çatıb.
Bildirilib ki, Çonqos Baxo rayonunda yaşayış evlərinə, səhiyyə müəssisələrinə, elektrik ötürücü xətlərə və turizm infrastrukturuna ciddi ziyan dəyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...