Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı azı 20 nəfərə çatıb.

BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, artıq 69 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan bir çoxunun vəziyyəti ağır kimi qiymətləndirilir. Afina ətrafında yaşayan sakinlərin təxliyəsi davam etdirilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Yunanıstanda tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb və Azərbaycanın Yunanıstandakı səfirliyi davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır. 

Hüseyn Məmmədsalahov
BAKU.WS