Türkiyə və Yunanıstandakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı var?

Türkiyə və Yunanıstandakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı var?
Siyasət 1011

 

Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki, qeydə alınmayıb.

BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya Azərbaycana Xarici İşlər Nazirliyini mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Yunanıstandakı səfirliyi müvafiq olaraq Türkiyə və Yunanıstanın aidiyyəti orqanları ilə davamlı təmasdadır.

"Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək", - deyə H. Hacıyev qeyd edib.

Qeyd edək ki, bu gecə Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib. 

Yeraltı təkanlar kiçik sunaminin baş verməsinə səbəb olub. Hadisə nəticəsində 2 nəfər ölüb, 200-dək insan xəsarət alıb.

BAKU.WS

Son xəbərlər