Türkiyədə dəhşətli zəlzələ: insanlar binalardan özlərini atdı (VİDEO, FOTO)

Türkiyədə dəhşətli zəlzələ: insanlar binalardan özlərini atdı (VİDEO, FOTO)
Video
Hadisə 11483

Türkiyənin Egey dənizi sahillərində 6,9 bal gücündə zəlzələ olub.

BAKU.WS-in məlumatına görə, zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.

Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.

Son məlumatlara görə, Türkiyənin Muğla əyalətinin Bodrum şəhərində zəlzələdən sonra 70-ə yaxın insan xəstəxanaya müraciət edib.

Bundan əlavə şəhərin valisi Osman Gürün bildirib ki, bir neçə sakin zəlzələdən sonra yüngül xəsarətlərlə xəstəxanaya üz tutub. Xəsarət alanların çoxu özlərini binaların pəncərələrindən atıblar.

Zəlzələ Yunanıstanda da hiss olunub. Təkanlar nəticəsində 2 nəfər həlak olub, 120 nəfərdən çox insan xəsarət alıb.

Yüzlərlə turist gecəni dəniz qırağında keçirmək məcburiyyətində qalıb.

BAKU.WS

 

Oxşar xəbərlər

Seysmoloji Xidmət Mərkəzindən açıqlama: "Daha iki-üç təkan olacaq"

Seysmoloji Xidmət Mərkəzindən açıqlama: "Daha iki-üç təkan olacaq"

"Bu gün səhər saat 07:24-də Saatlı rayonunda qeydə alınan zəlzələdən sonra həmin ərazidə maqnitudası 2.9 olan daha bir zəlzələ olub". Bunu "Report”a açıqlaması...

2793 Hadisə 10:20 11 may 2017

Son xəbərlər