Azərbaycanda iki zəlzələ baş verdi
06
mar
2017
12:08
Azərbaycanda iki zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 10:24-də Kəlbəcər ərazisində zəlzələ baş verib. 3.8 maqnitudalı zəlzələ 10 km dərinlikdə qeydə alınıb və hiss olunmayıb.
Saat 10:38-də isə Xəzər dənizində zəlzələ qeydə alınıb. 46 km dərinlikdə baş verən 3.2 maqnitudalı zəlzələ hiss edilməyib.
Oxşar xəbərlər
Azərbaycanda 4,4 bal gücündə zəlzələ baş verdi
Azərbaycanda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 13-də yerli vaxtla saat 04:32-də Pirquludan...